Xətai rayonunda sökülən mozaika bərpa ediləcək. Bu haqda 15 aprel tarixində APA məlumat verib.
Nəcəfqulu Rəfiyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində, 2 saylı "ASAN xidmət" mərkəzinin yaxınlığında yerləşən mozaika bərpa olunacaq. Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu istiqamətdə mütəxəssislərlə danışıqlar aparılır.