Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
29 mart tarixində Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz isə 12-17 dərəcə isti olacaq.