Bakıda gözlənilən hava açıqlanıb.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbr verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 34-39 dərəcə isti olacaq.