Paytaxtda gözlənilən hava proqnozu açıqlanıb.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 19 sentyabr tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19, gündüz isə 22-26 dərəcə isti olacaq.