Bakıda sabah üçün hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
13 aprel tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11, gündüz isə 15-20 dərəcə isti olacaq.