Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
31 mart tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-10, gündüz isə 12-17 dərəcə isti olacaq.