Bakıda və Abşeron yarımadasında gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Bu haqda bu gün, 9 fevral tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyinə keçəcək.
Gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 777 mm civə sütunu təşkil edəcək.