Paytaxtın Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən ərzaq mağazasında qanun pozuntuları aşkarlanıb. Bu haqda 1 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Keçirilən yoxlama zamanı müəssisədə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” adlı viski saxta spirtli içkiləri aşkarlanıb.
Həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Faktla bağlı araşdırmalar davam edir.