Daha bir sıra vətəndaşlar silahları könüllü təhvil veriblər. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları Bakıda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 1 tapança, 2 patron darağı, 36 ədəd müxtəlif çaplı patron və 22 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyatlar nəticəsində isə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.