Bakıda və ölkə ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 tapança, 1 qumbara, 4 patron darağı, 106 müxtəlif çaplı patron və 13 müxtəlif markalı tüfəng təhvil götürüblər.
Bundan əlavə, keçirilən əməliyyat nəticəsində qanunsuz saxlanılan 1 qumbara, 1 tapança, 10 tüfəng, 8 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.