“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Sofiya şəhərinə birbaşa reyslərə başlayacaq. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az AZAL-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
İyunun 7-dən etibarən uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.