Bakıda taksilərin sayı azaldılacaq. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Bakıya 20 min taksi kifayət etməlidir.
Hazırda paytaxtda 60.000 taksi fəaliyyət göstərir.
“Bu, 40.000-ə yaxın sürücünün işsiz qalması demək deyil. İlk növbədə ictimai nəqliyyatda, yük daşımalarında ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır. Buna görə çox gözləməyəcəyik. Qaydalar qəbul edildikdən sonra nəticələri dərhal görməyə başlayacağıq”, – deyə nazir müavini əlavə edib.