Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakıda monitorinqlər keçirməyə davam edir. Bu haqda BakuPlus.az qurumun mətbuat xidmətinə istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.
Agentlik əməkdaşları tərəfindən paytaxt ərazisində həyata keçirilən monitorinqlər zamanı qida sahəsi ilə məşğul olan ümumilikdə 3 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsan aşkar olunub.
Xətai rayonunda yerləşən “Rahat” market və “Afrodita” şadlıq sarayı, Nərimanov rayonunda isə “Cənnət Gəncə” adlı restoran barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.