Bakıda tanınmış vəkil axtarışa verilib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyeva məhkəməyə gəlməyib deyə barəsində qiyabi həbs qərarı verilib və axtarış elan edilib.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.