Bakının Əziz Əliyev küçəsi, 1 ünvanında yerləşən bina bərpa edilib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən məlumat verir.
Binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb. Belə ki, binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində əmələ gələn və piyadalar üçün təhlükə yaradan xırda daş parçaları, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısı alınıb. Daşlar təmizlənərək bərkidilib, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilib, metal hissələr qoruyucu qatlarla örtülüb.
Restavrasiya işləri nəticəsində binanın karnizi ilkin vəziyyətinə qaytarılıb.
[caption id="attachment_120117" align="alignnone" width="640"]
Foto İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi səhifəsi[/caption]