Bakıda açılacaq yeni hoteldə Azərbaycanın ən böyük prezident otağı olacaq. Bu haqda Marja.az 17 yanvar tarixində xəbər verib.
Əvvəllər “Trump Tower Baku” adı ilə tanınan və Heydər Əliyev pospektində yerləşən 33 mərtəbəli binada "The Ritz-Carlton Baku" mehmanxanası fəaliyyət göstərəcək. 190 otaqlı mehmanxana şəhərin ən böyük prezident otağı və əfsanəvi "Ritz-Carlton" xidmətinə malik olacaqdır.
"The Ritz-Carlton Hotel Company" şirkətinin 30 ölkə və ərazidə 29 158 otaqlı 108 dəbdəbəli hotel və kurortu, həmçinin gələcək üçün planlaşdırılan 8 755 otağa malik 46 hoteli var.