Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Günün ikinci yarısından başlayaraq paytaxt ərazisində tozun miqdarı 1,2 dəfə normadan artıb.
“Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, – deyə Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib.