Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanı nəticəsində, havada tozun miqdarı 1,7- 1,9 dəfə normadan artıb.
Bu cür hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi gözlənilir.