Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Paytaxtda və Abşeron yarımadasında havada tozun miqdarı 1,6 dəfə normadan artıqdır.
“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, – deyə qeyd edilib.