Bakı və Abşeronda yeni standartlara keçilir. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Audiovizual Şuraya istinadən xəbər verir.
Ümumölkə yerüstü televiziya yayımçılarının proqramları 16 mart saat 01:00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək. Məqsəd ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.