Bakıda uşaqlar arasında ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinir. Bu haqda bu gün, 22 fevral tarixində APA məlumat verib.
Ötən il ərzində uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25% (əsasən, yaxındangörmə), həzm sistemi 20% (əsasən, stomatoloji), tənəffüs sistemi 13.5% (əsasən, lor), sümük-əzələ sistemi 12.3% (əsasən, qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.
Qeyd edək ki, TƏBİB-in tapşırığına əsasən, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib.