Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi qızılcaya yoluxub. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az İqtisadiyyat.az-a istinadən məlumat verir.
20 yaşlı Murad Dövlətov səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət edib. Ona qızılca diaqnozu qoyulub.
Universitetdən bildirilib ki, tələbə universitetdən kənarda yoluxub və artıq sağalaraq təhsilini davam edir. Təhsil müəssisəsində hələlik digər yoluxma qeydə olunmayıb.