Bu gün, 8 dekabr tarixində Bakıda V Beynəlxalq Bankçılıq Forumu işə başlayıb. Bu haqda Azərtac məlumat verib.
Forum “MasterCard” ilə birgə “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçirilir.
Tədbir zamanı “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılır.
Bankçılıq forumu sabah da davam edəcək.
[caption id="attachment_19026" align="alignnone" width="800"]
Foto AZƏRTAC-ın saytı[/caption]