Odlu silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakıda və ölkənin müxtəlif rayonlarında ümumilikdə 2 avtomat, 2 tapança, 1 patron darağı, 435 ədəd müxtəlif çaplı patron və 18 müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Bundan əlavə, keçirilən əməliyyat zamanı qanunsuz saxlanılan 4 tüfəng aşkar edilib.