Bakıda və ölkədə silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
29 dekabr tarixində polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 3 ədəd müxtəlif markalı tüfəng təhvil alıblar.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.