Bakıda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Bakı şəhərinin Binəqədi rayonu, Goradil kəndində meşə fonduna daxil olmayan ərazidə, eləcə də Respublikanın 6 müxtəlif regionunda ümumilikdə 92 ədəd ağac və kolun qanunsuz kəsildiyi məlum olub. Bununla da təbiətə 26.000 AZN-dən çox ziyan vurulub.
Faktlarla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.