Bakıda və ölkə ərazisində silahların könüllü verilməsi davam edir. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Belə ki, vətəndaşlar könüllü olaraq ümumilikdə 1 avtomat, 1 tapança, 1 qumbara, 1 patron darağı, 9 patron və 12 müxtəlif markalı ov tüfəngi təhvil veriblər.
Bundan əlavə, keçirilən əməliyyatlar zamanı qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı, 5 patron və 3 ov tüfəngi aşkar edilərək götürülüb.