Respublika ərazisində sakinlər könüllü olaraq polisə silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 28-də paytaxtda və ölkənin müxtəlif rayonlarında sakinlər polislərə avtomat, 2 müxtəlif markalı tüfəng və 30 ədəd müxtəlif çaplı patron təhvil veriblər.
Polisə vaxtında məlumat verdiyinə görə sakinlərə minnətdarlıq bildirilib, onlara qarşı heç bir cəza tətbiri görülməyib.