Bakıda xəstəxananın şöbə müdirinə hökm oxunub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almaqda ittiham olunub. Onun barəsində 3 maddə üzrə cinayət işi açılmışdı.