Paytaxt ərazisində qadın özünü qəsdən avtomobil altına atır. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az BakuTV-yə istinadən xəbər verir.
İddiaya əsasən, gənc xanım özünü nəqliyyat vasitəsinin altına ataraq, pul qazanır. Xanım onu vurduğu sürücüdən şikayətçi olmayacağını bildirərək, 100 manat götürür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, görüntülərlə bağlı araşdırma aparılır və ətraflı məlumat veriləcək.
Sosial şəbəkələrdə yayılan video təqdim olunur: