Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.
Su anbarlarının yerləşdirilməsi üçün təklif olunan məkanlar:
- Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması – intensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;
- Qış Parkı – yeraltı dayanacaqda yeraltı anbarın inşası;
- Atatürk Parkı – güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;
- Xətai prospekti – suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;
- Neftçilər prospekti – Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;
- Kommersiya rayonu – tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.