Bakıda sürücülər yol polisinin gözü qarşısında yarış keçiriblər. Bu haqda 26 mart tarixində Avtosfer.az məlumat verib.
Heydər Əliyev prospektində 10-CA-990 qeydiyyat nişanlı "Niva" markalı və 10-MC-061 qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillərin sürücüləri yüksək sürətlə yarış keçiriblər. Onlar görüntünü qeydə alan maşının sağından və solundan keçərək təhlükəli manevrlər ediblər. Onların sürəti yüksək olub və sürücülər avtomobillərin idarəetmədən çıxmasının qarşısını son anda ala biliblər.
Sürücülər bu hərəkəti yol polisi əməkdaşlarının gözü qarşısında ediblər.