Bazar günü Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayıb. Bu barədə bu gün, 20 noyabr tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən Bakuplus.az məlumat verir.
4 saylı marşrut xəttinin başlanğıc nöqtəsi “Nəriman Nərimanov” metro stansiyanın yaxınlığında, son dayanacağı isə Ağ Şəhərdə nəzərdə tutulub.
Bu marşrut xətti üzrə sərnişinlərin istifadəsinə müasir və rahat avtobuslar ayrılıb.