Bakıda yeni üzgüçülük hovuzunun açılışı olub. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qaibov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak ediblər.
İdman kompleksinin açılış mərasimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.
Tədbir iştirakçılarına burada yaradılan şərait barədə məlumat verilib.
Yeni hovuz ADBTİA-nın arxasında, ABU Arenanın yanında yerləşir.
[caption id="attachment_125614" align="alignnone" width="640"]
Foto Report.az[/caption]