Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisi yekunlaşıb. Bu haqda 6 aprel tarixində Bakuplus.az-a məlumat daxil olub.
Bakının Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyasının yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilib.
Ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaq. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da tikilib. Həmçinin mərkəzin ətrafındakı ərazidə park salınıb.
[URIS id=39594]