Paytaxtın piyada səkilərinə metal tumbaların quraşdırılması üzrə işlər davam etdirilir. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi strateji vəzifələrdən biridir.
Bu məqsədlə Bakının 43 küçə və prospektində sürücülərin piyada səkilərində maşın saxlamasının qarşısını almaq üçün tumbalar quraşdırılıb.
[URIS id=91649]