Bu gün, noyabrın 25-də Bakıda Vətən Müharibəsi qazilərinin iştirakı ilə Qələbə avtoyürüşü təşkil olunub. Bu haqda Trend məlumat verir.
Yürüş üçün avtomobillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılıb.
Fəxri xiyabandan başlayan təbdir Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdayət Abdullayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da iştirak ediblər.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanata əsasən, 25 noyabr 2020-ci il tarixində Ermənistan ordusu Kəlbəcər rayonunun işğal olunmuş ərazisini tərk etmişdirlər. Rayonun 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri işğaldan azad etmişdir.