Paytaxtda mövcud olan avtobus pavilyonlarında təmizlik işləri aparılacaq. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az İqtisadiyyat.az-a istinadən məlumat verir.
Təmizlik işləri Bakının müxtəlif ünvanlarında quraşdırılmış avtobus dayanacaqlarını əhatə edəcək.
Həmçinin məhəccərlər, yol nişanları, AYNA-nın balansında olan bina və qurğuların əsaslı təmizlənməsi və digər xidmətlər həyata keçiriləcək.
Təmizlik işlərinə 953.234,68 manat ayrılıb.