“BakuBus”larda səsləndirmə problemi həll olunacaq. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qurum bildirir ki, IT şöbəsi və texniki heyət bu məsələ ilə məşğuldur. Bəzi avtobuslardakı nasazlıqar yaxın zamanlarda aradan qaldırılacaq.
“Bu mütəxəssislər gündəlik olaraq keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin rəyini öyrənirlər”, – deyə qurum əlavə edib.
"BakuBus" avtobuslarının bir qismində mövcud olan bu problem görmə məhdudiyyəti olanlar tərəfindən narazılıqla qarşılanır.