Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində olan poliklinikalarda tibbi qeydiyyat sənədlərinin elektronlaşdırılmasına başlanılıb. Bu haqda bu gün, 20 fevral tarixində Report məlumat verib.
Vətəndaşlara məxsus olan kağız tibbi kitabçaları ləğv olunacaq. Kitabçalarda olan məlumatlar data-bazaya çevriləcək.
İlk mərhələdə dəyişikliklərə 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. 58 min vətəndaşın məlumatlarının daxil edilməsi nəzərdə tutulub. Daha sonra proses Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikalarında da davam etdiriləcək.