Türkiyənin Azərbaycandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bayraqlar yarıya endirilib. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün, 20 yanvar tarixində Şəhidlər xiyabanında çıxış zamanı deyib.
“Bu gün qardaş Azərbaycanın matəm günüdür. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. İnanırıq ki, bütün şəhidlər sadəcə Azərbaycan xalqının deyil, Türkiyə xalqının da ürəyində yaşayır və əbədi olaraq yaşayacaqlar”, – səfir deyib.