Avropaya viza verən mərkəz bəzi ölkələr üçün sənəd qəbulunu dayandırıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Latviyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
“VFS Global” Viza mərkəzi Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb. Məhdudiyyət 24 fevral 2023-ci il tarixinə qədərdir.