Şəhərlərarası avtobus marşrutlarının yeni qiymətləri açıqlanıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Bakı Beynəlxalq Avtovağzalına istinadən xəbər verir.
Verilən siyahıya əsasən, Bakıdan Gəncəyə biletlərin qiyməti 8,4 AZN-dən 10,4 AZN-ə, Astaraya 7,6 AZN-dən 9,5 AZN-ə, Qubaya 4 AZN-dən 5 AZN-ə, eləcə də Zaqatalaya 10 AZN-dən 12,5 AZN-ə qalxıb.
Tam siyahı aşağıdakı kimidir:
Nazirlər Kabinetinin qərarı ilə şəhərlərarası avtobus marşrutlarının qiymətləri 1 kilometr üçün 2,4 qəpikdən 3 qəpiyə qədər qalxıb.
[URIS id=89244]