“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya reyslər başlayacaq. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az AZAL-in mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-in kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.