Bakıdan Füzuliyə daha bir qrup ailə göndərilib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 35 ailələdən, yəni 138 nəfərdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb.
Beləliklə, Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_133560" align="alignnone" width="640"]
Foto APA[/caption]