Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məhdudiyyətlər yolun 28-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikilməsi ilə əlaqədardır. İşlər avqustun 26-da saat 01:00-dan 07:00-dək hər iki istiqamətdə aparılacaq.
AAYDA sürücülərdən həmin ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.