Şahmat üzrə İddiaçılar Turniri davam edir. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az xəbər verir.
Kanadanın Toronto şəhərində keçirilən yarışın 9-cu turunda azərbaycanlı qrosmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə bərabərə qalıb.
Hazırda Abasov 3 xalla sonuncu yerdədir. Nepomnyaşi və Qukeş isə 5,5 xalla 1-ci və 2-ci yerləri bölüşürlər.