2022-ci il yanvarın 24-dən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk marşrut avtobuslarının fəaliyyətə başlaması gözlənilir. Bu haqda bu gün, 17 yanvar tarixində Trend məlumat verib.
Avtobus reysləri ilk mərhələdə Şuşa və Ağdam şəhərləri istiqamətində həyata keçiriləcək.
Ümumilikdə, Bakı-Şuşa-Bakı, Əhmədbəyli (Füzuli)-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdə marşrutları üzrə avtobus marşrutlarının fəaliyyətə başlaması nəzərdə tutulub.
Sistemləşdirməni, növbələri, kvotalara ciddi riayət olunmasını, müvafiq məlumat bazasının formalaşdırılmasını təmin etmək üçün marşrutlar üzrə biletlərin onlayn satışı nəzərdə tutulub.