Bakı - Təl-Əviv uçuşları bərpa olunur. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az AZAL-ə istinadən xəbər verir.
Martın 19-dan “AZAL” İsrailin paytaxtına həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək.
Aprel ayından sonra isə uçuşlar həftədə 9 dəfə təşkil olunacaq.
Biletləri aviaşirkətin rəsmi saytından, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkün olacaq.