Bakı-İstanbul aviareysi ləğv olunub. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Türkiyədəki hava şəraiti ilə əlaqədar TK332 və TK333 reysləri dayandırılıb. Sərnişinlər biletləri ödənişsiz dəyişə və ya pullarını tam geri ala bilərlər.
İstanbuldakı hava şəraiti ilə əlaqədar Türk Hava Yolları 200-dən artıq reysi ləğv edib.